Riyazi modelləşdirmə mövzusunda söhbət
Məktəbin illik fəalliyyət planına əsasən riyaziyyat aylığı çərçivəsində aprel ayının 12-də məktəbin riyaziyyat müəllimi Abdullayeva Rəna IXa sinfində “Modelləşdirmə şagirdlərin yaradıcı riyazi fəaliyyətinin təşkili üsulu kimi” mövzusunda söhbət keçirdi. Söhbətin təşkili prosesində riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Gülnaz Yusifovanın və məktəbin riyaziyyat müəllimi Pakizə Əliyeva iştirak etmişdir.