“Dövrlər və naxışlar” mövzusunda nümunəvi dərs
Aprel ayının 12-də məktəbin informatika müəllimi Səfərova Yeganənin 6c sinfində nümunəvi dərsi keçirildi. Dərsdə məktəbin direktoru Faiq Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini-Raziyə Məmmədova, metodbirləşmə rəhbəri-Gülnaz Yusifova və digər fənn müəllimləri iştirak etdilər. Dərsin mövzusu: “Dövrlər və naxışlar” idi. Şagirdlər 4 qrupa bölünərək qrup şəklində tapşırıqları yerinə yetirdilər. Dərsin mövzusu şagirdlər tərəfindən oxundu, müzakirə edildi təqdimatlar edildi. Qrup işləri qiymətləndirildi. Müəllim qarşısına qoyduğu məqsədə çatdı. Ümumilikdə dərs müsbət qiymətləndirildi.