“Riyaziyyat-İnformatika aylığı” çərçivəsində dəyirmi masa
“Məktəbin illik fəaliyyət planı”na əsasən “Riyaziyyat-İnformatika aylığı” çərçivəsində aprel ayının 8-də məktəbin Riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Gülnaz Yusifovanın təşkilatçılığı ilə məktəbin Riyaziyyat-İnformatika müəllimlərindən ibarət dəyirmi masa keçirildi. Məqsəd şagirdlərin riyazi biliklərinin aşkara çıxarılması onların müxtəlif olimpiada və bilik yarışmalarında iştirakının təmin edilməsi, riyaziyyat fənni üzrə istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.