“Ümumdünya Sağlamlıq Günü”
Aprel ayının 7-də məktəbin ibtidai sinif müəllimi- Kərbəlayeva Ruhiyyə müəllim 4d sinfində “Ümumdünya Sağlamlıq Günü” mövzusunda təşkilat saatı keçirildi. Şagirdlər sağlamlıq haqqında təqdimatlar hazırlayaraq sağlam olmaq üçün vacib şərtləri sadaladılar. Sağlam həyat tərzi keçirmək üçün sağlam qidalanmaq, normal yuxu, idman, çoxlu su içmək, pis vərdişlərdən uzaq durmağı vacib hesab etdilər.