2b sinfində Azərbaycan dili fənnindən “Bir qalanın sirri” mövzusunun tədrisi
Aprelin ayının 4-də məktəbin ibtidai sinif müəllimi Samirə Kərimova tədris etdiyi 2b sinfində Azərbaycan dili fənni üzrə “Bir qalanın sirri” mövzusunu keçdi. O, şagirdlərə tətil günlərində bu mövzu əsasında çəkilmiş filmin Azərbaycan televiziyasından izlədiklərini və onlar üçün tanış bir nağıl olduğunu söylədi. Mətn oxundu, mənfi və müsbət obrazlar haqqında müzakirələr aparıldı. Bəzi şagirdlər kinofilmi izləmədiklərini söylədilər. Sinif müəllimi şagirdlərə mətnin tam mənimsəmələri üçün ikinci saat fiziki tərbiyə dərsində fənlərarası inteqrasiya edərək, elektron lövhə üzərində 1959-cu ildə lentə alınmış “Bir qalanın sirri” kinofilmini izlədilər. Sonda şagirdlərə bütün sirlərin açarı bitkilərin, dağların, daşların, heyvanların kitab, elm, bilik olduğu müəyyən edildi.