"Pullar" mövzusunda dərs
Mart ayının 31-i məktəbdə ibtidai sinif müəllimi Kərimova Samirə Həyat bilgisi fənnindən “Pullar” mövzusunda dərs keçirtdi. Qruplar şəklində keçirilən dərsdə şagirdlər hər bir dövlətin öz pul vahidinin olmasını, Azərbaycanın milli puluna hörmətlə yanaşmağı, milli pulla müvafiq hesablamalar aparmağı öyrəndilər. Şagirdlər pulu cırmaq, üstünə yazı yazmaq, şəkil çəkmək olmadığını başa düşdülər. Məqsəd şagirdlərə Azərbaycanın pul vahidlərini tanıtmaq, alış-veriş zamanı pul vahidlərindən istifadə etmək, pul və təlabat arasında olan əlaqəni öyrətməkdən ibarətdir. Şagirdlərin təqdimatları dinlənildi. Dərsdə ibtidai siniflər üzrə təlim-tərbiyə işlər üzrə direktor müavini Əliyeva Aida və fənn müəllimi Səfərova Rumiyyə iştirak etdi.