Məktəbdə 31 Mart Soyqırımı günü

“Məktəbin illik fəaliyyət planı” na əsasən 31 mart 2023-cü ildə məktəbin bütün siniflərində 31 Mart Soyqırımı günü qeyd edildi. İlk dərslərdə şagirdlərə Mart soyqırımı və ya Mart hadisələri, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər ərazilərdə Bakı soveti və Daşnaqsütundan olan silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında məlumat verildi. Şagirdlərin fikirləri dinlənildi və sonda videoçarx nümayiş etdirildi.