Milli-mənəvi dəyərlərimizi qoruyaq!
Milli-mənəvi dəyərlərimizi qoruyaq! layihəsi çərçivəsində martın 17-də məktəbdə “Yurdumuza Bahar gəlir” mövzusunda tədbir keçirildi.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini tanıtmaq və tətbiq etmək, gələcək nəsillərə ötürmək məqsədilə keçirilən tədbirdə məktəbin direktoru Faiq Məmmədov, təlim tərbiyə işləri üzrə direktor müavinləri-Raziyə Məmmədova və Aida Əliyeva, təşkilatçı-Yeganə İsmayılova, kitabxanaçı-Nərminə Məmmədova, UBTR-Samirə Həsənova və digər müəllim, şagird və valideyinlər iştirak etdilər.
Şənlikdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən, milli-mənəvi dəyərlərindən söz açıldı, bu bayramın Azərbaycan xalqının ən böyük və müqəddəs milli bayramı olduğu vurğulandı. Milli geyimdə olan şagirdlərin Novruz adət-ənənələrini əks etdirərək səhnəcikləri Bahar qızı, Kosa və Keçəlin rəngarəng çıxışları, haxıştalar, rəqs və mahnılar tədbirin özəlliyini daha da artırdı.
Daha sonra şagirdlər məktəbin həyətində yandırılmış tonqal ətrafında “Şuşanın dağları”, “Səməni”, və “Ritm” rəqslərini ifa etmiş, tonqalın üstündən tullanmış, Keçəl və Kosa səhnəciyini izləmişlər. Sonda məktəbin direktoru Faiq Məmmədov texnologiya və rəsm dərnəyinin şagirdlərinin “Bahar çələngi” sərgisinin hazırlanmasında fərqləndiklərinə görə bir sıra şagirdləri mükafatlandırdı.