“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində “Elimizə bahar gəlir” adlı tədbiri

  Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaq sevərliyini, mehribançılıq və dosluq duyğularını özündə əks etdirir.

Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Fərzalıyeva Ülviyyə 3c sinif şagirdlərinin təqdimatında tədbir keçirilib.Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa etdilər, şeirlər səsləndirdilər, maraqlı səhnəciklər nümayiş etdirdilər.Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvatları, Bahar qızının gəlişi tədbirə rəngarənlik qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi