İbtidai sinifdə “Dəyərlərimizi qoruyaq!” layihəsinə uyğun olaraq keçirilmiş açıq dərs

    Mart ayının 15-də məktəbin ibtidai sinif müəllimi Kərimova Samirənin dərs dediyi 2b sinfində  Azərbaycan dili fənnindən “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi” mövzusunda açıq dərs keçirildi. Milli geyimdə olan şagirdlər 4 qrupa “Su”, ”Od”,” Yel”, ”Torpaq“ bölünərək çərşənbələr, Novruz adət-ənənələri haqqında məlumat verdilər. Mövzunu oxuyaraq təqdimatlar edildikdən sonra mahnı ifa edib, rəqs etdilər, yumurta döyüşdürdülər, Keçəl və Kosanın rəqsini maraqla qarşıladılar. Qalib gələn qruplara bayram xonçası təqdim edildi. Məqsəd şagirdlərə xalqımzın Milli Novruz bayramı, onun tarixi, adət və ənənələrini öyrətmək və onu gələcək nəsillərə ötürməkdən ibarət idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi