Məktəbdə Novruz bayramı
Mart ayının 15-də 1a sinif müəllimi Əliyeva Tahirə Natiq qızı “Milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində şagirdlərə Novruz bayramı və onun adət-ənənələri haqqında geniş məlumat verdi. Şagirdlər məktəbdə təşkil edilmiş sərgiyə baxış keçirmiş Novruz atributları ilə tanış olmuşlar. Məqsəd şagirdlərdə Milli mənəvi dəyərlərin formalaşması və onun gələcək nəsillərə ötürülməsindən ibarət idi.