Dəyərlərimizi qoruyaq!

  "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində şagirdləri Milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşünmək meyllərini gücləndirmək , dəyərlərimizi qorumaq məqsədilə ibtidai sinif müəllimi Ülviyyə Əlizadənin təşkilatçılığı ilə 3b sinif şagirdləri Balaxanıdakı tarixi abidələri ziyarət etmiş və Novruz adət-ənənələrini yerinə yetirməklə adətlərimizə hörmət və sadiqlik nümayiş etdirmişlər. Belə ki, milli geyimlərdə olan şagirdlər xalqımızın qədim dövrdən bəri ifa etdiyi, insanların birliyini təcəssüm etdirən "Yallı "rəqsini böyük şövqlə ifa etmişlər."Kosa-Kosa " məzəli meydan oyunu nümayiş olunmuş, sinifdə yetişdirilən səmənilərlə qızların "Səməni" rəqsi,  "Fincan-fincan" oyununun gedişində söylənilən bayatılar, Novruz deyimləri, haxıştalar , "Halay", "Bənövşə", "Ənzəli" kimi oyunlar uşaqlar tərəfindən maraq və böyük coşqu ilə oynanılmışdır. Novruzun-təbiətin oyanması əsl dünyəvi bayram olduğu vurğulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi