Bullinq davranışının təzahür xüsusiyyətləri
14 mart tarixində məktəbin psixoloqu İbrahimova Könül və UBTR-i Həsənova Samirə 8d sinfində “Bullinq nədir” mövzusunda maarifləndirici seminar təşkil etdilər. Görüşdə məqsəd şagirdlərə Bullinqin əlamətləri, növləri, komponentləri haqqında ətraflı məlumat vermək idi. Eləcə, də slaydlar vasitəsilə məktəblərdə müxtəlif uşaqların yaşadığı bullinq nümunələrinə diqqət yetirildi, şagirdlərə bu cür situasiyalarla qarşılaşarkən özlərini tək hiss etməmələri, böyüklərdən, valideyinlərdən çəkinməmələri, onlarla birlikdə problemləri həll etmələri müzakirə olundu.