"Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi" çərçivəsində II-IV siniflərdə keçirilmiş məntiq yarışmasının qalibləri mükafatlandırıldı
“Məktəbin illik fəaliyyət planı” na uyğun olaraq mart ayının 3-də II-IV siniflərində 60 şagird arasında məktəbdaxili məntiq yarışması keçirilmişdir. Məntiq yarışmasında qalib gəlmiş şagirdləri məktəbin direktoru Faiq Məmmədov təbrik edərək onları “Məntiq yarışması”nda qalib gəldiklərinə görə diplomla təltif etmişdir.