Sağlam həyat sağlam idmanın nəticəsidir

  “Sağlam həyat sağlam idmanın nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlərə həkimlərin ilk və əsas məsləhəti idmanla məşğul olmaqdır.

      Bu gün məktəbin ibtidai sinif müəllimi Əliyeva Tahirə Natiq qızı 1a sinfində 23 şagird olmaqla idman həftəsi layihəsi çərçivəsində kiçik yarışlar təşkil etdi. Şagirdlərdə idmana maraq və həvəs yaratmaq, idmanın insan həyatında vacibliyini şagirdlərə aşılamaq əsas məqsəd daşıyır.

    Şagirdlər böyük həvəs və maraqla yarışlarda iştirak etdilər. Sonda yarışın qalibləri mükafatlandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi