İdmançıların yarışa hazırlığının psixoloji yanaşması
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 27 fevral-3mart 2023-cü il tarixində idman həftəsinin keçirilməsi təşəbbüsü ilə məktəbin psixoloqu Könül İbrahimova "İdmançıların yarışa psixoloji hazırlığı" mövzusunda görüş keçirdi. Görüşdə idmanla məşğul olan şagirdlərlə idmançının fiziki, taktiki, texniki, nəzəri hazırlığı ilə yanaşı yarışlarda qələbə qazanmaq üçün psixoloji hazırlığın da mühüm rol oynadığı haqqında söhbət apardı. Eyni zamanda şagirdlərə həm qələbə sevinci həm də məğlubiyyət acısı yaşayarkən emosiyalarını tənzimləmələri haqqında tövsiyələr verildi.