Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərşivəsində "İdman sağlamlıqdır" layihəsi
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərşivəsində "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 1-də məktəbimizin 2c sinif şagirdləri Həsənova - Əzizov Nigar müəllimin təşkilatçılığı ilə müxtəlif idman növləri ilə tanış olmuşdular. "5 mart-BədənTərbiyəsi və İdman Günü" ərəfəsində 27 fevral - 3 mart 2023-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin layihəsi həyata keçirilir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkili edilmişdir..