Mülki Müdafiə günü məktəblilərin gözü ilə
Beynəlxalq Mülki Müdafiə günü martın 1 də məktəbin V-VI siniflərində qeyd olunmuşdur. Qardaş Türkiyədə baş verən zəlzələ prosesində vəfat etmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Elnur Həşimov və məktəbin idman müəllimi Fərid Hüseynli tərəfindən şagirdlərə əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək Mülki Müdafiə orqanları qarşısında əsas vəzifə olduğunu izah etmişlər. Fərid Hüseynli bildirmişdirki, əhalinin mühafizəsi Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların daldalanması, təhlükəli yerlərdən az təhlükəli yerlərə köçürülməsi, havadan basqın, zəhərlənmə və digər təhlükələr-zəlzələ, təbii fəlakətlər zamanı qorunma üsullarından danışdı. Şagirdlərə müasir kütləvi qırğın vasitələri qəzalar, təbii fəlakətlər haqqında məlumat verdilər. Zəlzələ baş verərsə qorunma yollarını əyani göstərdilər.