1 Mart Ümumdünya Mülki Müdafiə günü
Ümumdünya Mülki Müdafiə günü 1 Mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Qardaş Türkiyədə baş verən zəlzələ prosesində vəfat etmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan Respublikası da 1995-ci ildən bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olmuşdur.
1 Mart Ümumdünya Mülki Müdafiə günü məktəbin II siniflərində 2B sinif müəllimi Samirə Kərimovanın təşkilatçılığı ilə təşkil edilmişdir. Kərimova Samirə müəllim şagirdlərə Mülki Müdafiə haqqında və onun yaranma tarixi, təbii fəlakətlər, zəlzələ ondan qorunma yolları haqqında ətraflı məlumat vermiş, şagirdlər əyani şəkildə zəlzələ zamanı baş verən hadisələrdən qorunma yollarını, vulkan və vulkan püskürməsi zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah etmiş və videogörüntünü izləmişlər.