İlk dərs saatları “Xocalı əsrin faciəsidir“ mövzusuna həsr edildi

"Məktəbin illik fəaliyyət planı"na uyğun olaraq fevralın ayının 24-ü birinci dərslər “Xocalı əsrin faciəsi” nə həsr olundu. Sinif müəllimləri tərəfindən şagirdlərə1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı haqqında məlumat verildi. Şagirdlər şeirlər söylədilər, çəkdikləri şəkilləri nümayiş etdirdilər.
Sonda "Xocalı faciəsi"ni əks etdirən video görüntüləri izlədilər. Şagirdlər Vətən yolunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məqsəd 31-illiyi qeyd olunan əsrin faciəsi Xocalı haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.