"Ana harayı" adlı şeir müsabiqəsinin qalibləri
Fevral ayının 23-də məktəbin UBTR-i Həsənova Samirənin təşkilatçılığı ilə "Ana harayı" adlı şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsinin keçirilməsində məqsəd tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı gələcək nəsillərimizə çatdırmaqdır. Şeir müsabiqəsində fərqlənən şagirdlərimiz məktəbin direktoru Faiq Məmmədov tərəfindən diplomla təltif olundular.