Xocalı qan yaddaşımızdır
Fevralın 21-də "Məktəbin illik fəaliyyət planı"na əsasən "Xocalı faciəsinin 31-ci ildönümü"nü qeyd etmək məqsədilə ibtidai sinif şagirdləri Məmmədova Flora, Novruzova Samirə, Kərbəlayeva Ruhiyyə və Qaragözova Kəmalə muəllimin təşkilatçılığı ilə "Ana harayı" abidəsini ziyarət etmişlər. Onlar Xocalı şəhidlərinin əziz xatirəsini yad etmiş , məzarlara çiçəklər düzmüş, şeirlər söyləmişlər.
Məqsəd şagirdlərə Xocalı faciəsi haqqında məlumat vermələsi, xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğındən ibarətdir.