"Xocalı qan yaddaşımızdır" adlı rəsm müsabiqəsinin qalibləri
Fevral ayının 22-də məktəbin UBTR-i Həsənova Samirə və rəsm müəllimi İbrahimova Kəmalənin təşkilatçılığı ilə "Xocalı qan yaddaşımızdır" adlı rəsm müsabiqəsi keçirildi. Məqsəd XX əsrin sonunda baş vermiş "Xocalı faciəsi"ni gələcək nəsillərə ötürmək və bu amansız soyqırım haqda şagirdləri ətraflı məlumatlandırmaqdır. Rəsm müsabiqəsində qalib gələn şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundular.