Dövlətimiz-Azərbaycan
Fevral ayının 20-də 3b sinfində həyat bilgisi fənnindən "Dövlətimiz" mövzusunda nümunəvi dərs keçirildi. Dərs Ümummilli Lider H.Əliyevin "Mən fəxr edirəm ki,Azərbaycanlıyam!" ifadələri ilə başladı. Ümummilli lider H.Əliyevin ifasında S.Vurğunun "Azərbaycan" şeiri səsləndirildi.
Sinif müəllimi Ülviyyə Əlizadə qeyd etdi ki, bu il 100 illik yubileyini sevə-sevə qeyd etdiyimiz Ümummilli Lider dövlətimizi, millətimizi, ana dilimizi qürur mənbəyi hesab edirdi.
Dərsdə "Xaricdə yaşayan dostuma məktub" adlı layihə işi təqdim olundu. Uşaqlara dövlətimizi, onun əlamətlərini tanıtmaq məqsədilə məktub yazdırıldı. Şagirdlər Azərbaycanın coğrafi təsvirini verdilər, ordumuz, dövlətimizin qonşuları, paytaxtımız, milli pul vahidlərimiz haqqında məlumat verdilər. Məktub müzakirə olundu. Uşaqlar bu qənaətə gəldilər ki, dövlətimizi tanımaq, ərazisi, əhslisi, rəmzləri və əlamətləri haqqında bilmək hər birimizin vəzifəsidir. Sonda Azərbaycanı bütövlükdə tanıtmağa xidmət edən videogörüntü izləndi.