"Qoca aşpaz"
Fevral ayının 16-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qarayeva Nuranənin 6a sinfi ilə birlikdə "Qoca aşpaz" mövzusu ətrafında nümunəvi dərsi baş tutmuşdur. Nümunəvi dərsdə məktəbin direktoru Faiq Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Raziyə Məmmədova, təşkilatçı Yeganə İsmayılova, fənn metodbirləşmə rəhbəri Aksana Ağazadə, 6a sinfinin rəhbəri Qalibə Zeynalova iştirak etmişdirlər. Şagirdlər dərslikdəki tapşırıqlara uyğun olaraq qrup işlərində fəallıq nümayiş etdirmişlər. Dərsdə musiqi fənni ilə inteqrasiya aparılmış, Motsart, Bethoven kimi bəstəkarların musiqiləri də səsləndirilmişdir.