Memorial Soyqırım Muzeyinə Ekskursiya

  Fevral ayının 16-da məktəbə Sabunçu Rayon İcra Hakimiyyətindən daxil olan təlimata əsasən məktəbin UBTR-i Həsənova Samirənin təşkilatçılığı ilə 7a və 8c sinif şagirdlərinin Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyinə “Xocalı Soyqırımı” nın ildönümü ilə əlaqədar ekskursiyası keçirilmişdir. Ekskursiyanın təşkil olunmasında məqsəd  Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır tarixi hadisələri şagirdlərin nəzərinə çatdırmaqdı. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, hərbi cinayətlər barədə kitablardan, sənədlərdən və istintaq materiallarının əsasında hazırlanmışdır. Daha sonra şagirdlərin istəyi ilə “Ana fəryadı” abidəsi ziyarət edildi və abidənin önünə qərənfillər qoyuldu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi