Gənc müəllimlərlə direktoryanı müşavirə keçirildi
Fevral ayının 9-da məktəbin direktoru Faiq Məmmədovun təşəbbüsü ilə gənc müəllimlərlə direktoryanı müşavirə keçirildi. Məqsəd mövcüd şərait nəzərə alınmaqla təlimin təşkilində müasir təlim forma və metodlarının tədbiq edilməsində müəllimlərə metodik dəstəyin göstərilməsi və tövsiyyələrin verilməsi idi. Direktoryanı müşavirədə bir neçə təlim forma və metodları müzakirə edildi. Müəllimlərin bir neçəsinin məsələyə münasibəti dinlənildi. Onlar təlim prossesi zamanı qarşılaşdıqları problemləri məktəb rəhbərinin diqqətinə çatdırdılar.
Müşavirədə həmçinin məktəbdaxili nizam-intizam qaydalarına ciddi şəkildə əməl edilməsinin vacibliyi təhsilverənlərin diqqətinə çatdırıldı.