Azərbaycan dili fənnindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş nümunəvi dərs 

   Fevral ayının 9-da məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənxanova Günay 9e sinfində “Milli mənəvi dəyərlərimiz” mövzusunda nümunəvi dərs təşkil etmişdir. Dərsdə müasir təlim forma və metodlarına uyğun təşkil edilmişdir. Şagirdlərin milli dəyərlərimizlə bağlı hazırladığı təqdimatları orjinallığı xüsusi ilə diqqəti cəlb etdi. Şagirdlər Azərbaycan dili, Azərbaycan musiqisi, Xalçaçılıq sənəti, Milli kulinariya və digər mənəvi dəyərlərimizlə bağlı müstəqil fikirlər söylədilər. Dərsdə Ulu Öndər Heydər Əliyevin dilimizlə bağlı söylədiyi fikirlər səsləndirildi. Azərbaycan Respublikası birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanması və onun dünyaya tanıdılmasında xüsusi rolu qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi