Dilimizi qoruyaq və sevək
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Məktəbin UBTR Həsənova Samirə və ibtidai sinif müəllimi Fərzalıyeva Ülviyyə müəllimin təşəbbüsü ilə 3C sinif şagirdlərinin təqdimatında "21 fevral -Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş videoçarxlar göstərildi, divar qəzetləri hazırlandı. Təqdimatlarda dilimizin gözəlliyinə həsr olunmuş şeirlər söylənildi, musiqilər səsləndirildi. Tədbirdə zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzliyi, ölməzliyi və böyük gələcəyə malik olması vurğulandı və xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizı hər birimiz göz bəbəyi kimi qoruyub, daim qayğı ilə əhatə etməyimizdən danışıldı.
Tədbirin qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, gələcəyimiz olan uşaqlara dilimizə sevgi hissini aşılamaqdır.
Dilimizi qoruyaq və sevək!