XI siniflərdə valideyn iclası
Fevral ayının 6-da məktəbin direktoru Faiq Məmmədovun təşəbbüsü ilə XIa, XIb, XIc və XIç siniflərində təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü təşkil edilmişdi. Məqsəd XI sinif şagirdlərinin dərsə davamiyyəti və məktəbdaxili nizam intizam qaydalarına ciddi şəkildə riayət edilməsinin təmin edilməsi idi. İclasda həmçinin I yarımilin sonuna aid məktəbdaxili qiymətləndirmələr müzakirə edilmişdir.