Heydər Əliyev Mərkəzinə ekskursiya
Yanvar ayının 7-də məktəbin UBTR-i Samirə Həsənova Bahadur qızının təşkilatçılığı ilə yuxarı sinif şagirdləri Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin adına inşa edilmiş Heydər Əliyev Mərkəzinə ekskursiyaya getmişlər. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdləri Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasıni onlara göstərməkdir. Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr şagirdlər tərəfindən maraqla qarşılandı.