31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa
Dekabr ayının 29-da məktəbin UBTR-i Samirə Bahadur qızı Həsənova və tarix müəllimləri Xəyalə Əlixan qızı Əsgərli, Rumiyyə Əliheydər qızı Səfərovanın birgə təşkilatçılığı və VIII, IX, X sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru iştirak etdi və şagirdlərlə mövzuya uyğun söhbət apardı. Dəyirmi masanın keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasını dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə, müstəqil Azərbaycanla əlaqənin möhkəmlənməsinə, həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarını milli mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanmasını, dünya birliyində layiqli yer tutmasını v ə tanımasını onların nəzərinə çatdırmaqdır.