IX siniflərdə növbəti məktəbdaxili monitorinq keçirildi
Dekabr ayının 16-da IX siniflərdə buraxılış imtahanlarına hazırlığın səviyyəsini yoxlamaq məqsədilə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən monitorinqlər keçirildi. Monitorinqlərə məktəbə yeni təyin olunmuş direktor Faiq Arif oğlu Məmmədov və təlim tərbiyə işləri üzrə direktor müavini Raziyə Faiq qızı Məmmədova nəzarət edirdilər. Məqsəd şagirdlərin Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən bilik və bacarıqlarının yoxlanılması idi.