"Gender bərabərliyi"
Dekabr ayının 9-da məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova tərəfindən yuxarı sinif şagirdləri ilə "Gender bərabərliyi" mövzusunda görüş keçirildi. Görüşdə məktəbin UBTR-i Samirə Bahadur qızı Həsənova və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Vahid qızı iştirak etmişdir. Tədbirdə şagirdlərlə müasir dövrdə qadın və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların yaradılması barədə müzakirə aparıldı və şagirdlərin mövzu ilə bağlı araşdırmaları dinlənildi.