"Erkən nigah"
Məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova yeniyetməlik yaş qrupuna daxil olan qızlarla "Erkən nigah" mövzusunda görüş keçirtdi. Görüşdə məktəbin həkimi Rüxsarə Tofiq qızı Quliyeva iştirak etdi. Şagirdlərə erkən evliliyin insan orqanizmində yaratdığı fəsadlar haqqında danışdı. Psixoloq erkən nigahın sosial, psixoloji, iqtisadi fəsadları və insan psixologiyasına mənfi təsirləri haqqında məlumat verdi. Sonda mövzu ilə bağlı şagirdlərə slayd təqdim edildi.