“Su həyatdır”

   Noyabr ayının 22-də məktəbin coğrafiya müəllimi Aytəkin Rəşid qızı Gülməmmədova tərəfindən 9D sinif şagirdləri ilə “Su həyatdır” mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi sagirdlərdə suya qənaət vərdişlərinin aşılanması və bunun ən sadə yollarının göstərilməsi idi. Şəhərdə və ya kənddə yaşamağından asılı olmayaraq hər bir insan hazırda dünyada gedən iqlim dəyişmələrinin fonunda su ilə bağlı yarana biləcək problemlər haqqında maariflənməlidir. Su israfının qarşısını almaq üçün dönüş yaradan addımlar atmaq, içməli su ilə təmin olunma və su ehtiyatlarının mühafizəsi istiqamətində maarifləndirmə rolunu oynayan videoçarxlar nümayiş etdirildi. Videoçarxlarda təmizlik edən zaman sudan istifadənin daha qənaətcil üsulundan faydalanmaq, krandan axan su damcılanmasının qarşısını almaq, su çənindən istifadə etmək mövzuları yer almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi