Məişət zorakılığı və onunla mübarizə
Noyabr ayının 22-də məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova məişət zorakılığı hallarının qarşısının alınması məqsədi ilə marifləndirmə tədbiri keçirtdi. Tədbirdə UBTR-i Samirə Bahadur qızı Həsənova iştirak etmişdir. Şagirdlərə fiziki zorakılıq, cinsi zorakılıq, emosional zorakılıq haqqında məlumat verildi. Eyni zamanda hansı yaş qrupuna məxsus uşaqların şiddətə məruz qaldığı, onlarda hansı dəyişikliklərin yarandığı və bununla necə mübarizə aparmağın yolları izah edildi. Sonda şagirdlərə slayd təqdim edildi.