“Şuşa Qalası”
“Məktəbin illik fəaliyyət planı”na əsasən UBTR-i Samirə Həsənova Bahadur qızının təşkilatçılığı ilə V-XI sinif şagirdlərinin iştirakı ilə “Şuşa Qalası”adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarının şəhər üçün həyati əhəmiyyət daşımağı, gözəl təbiəti, yaylası, tarixi memarlıq qoruqları barədə şagirdləri daha çox məlumatlandırmaqdır.
Qalib gələn şagirdlər məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən R.F.Məmmədova tərəfindən diplomla təltif olundular.