"Zərərli vərdişlərə yox deyək"

Noyabr ayının 21-də məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova "Zərərli vərdişlərə yox deyək" mövzusunda VIII-IX sinif şagirdləri ilə tədbir keçirdi. Tədbirdə şagirdlərə zərərli vərdişlərdən olan tütün, spirtli içkilər, narkotik maddələr eləcə də telefon asılılığının insan sağlamlığına, psixologiyasına mənfi təsirləri haqqında ətraflı söhbət aparıldı. Mövzu ilə bağlı şagirdlərə slayd təqdim edildi.