"Şiddətə yox deyək"
20 oktyabr - 20 noyabr 2022-ci il tarixlərində "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova şagirdlərə bullinq haqqında məlumat verdi. Qeyd olundu ki, bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyarı və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin kiber, sosial, fiziki, şifahi və psixoloji zorakılıq növləri haqqında danışdı. Eyni zamanda bullinqin onların hüquqlarına zidd davranış olması, onun qarşısının alınması yolları haqqında tövsiyə xarakterli məlumat səsləndirildi. Müxtəlif situasiyalar şagirdlərlə birgə müzakirə edildi. Mövzu ilə əlaqədar şagirdlərə slayd təqdim edildi.