Məktəbdə növbəti Pedaqoji Şura iclası keçirildi
Noyabr ayının 16-da "Məktəbin illik fəaliyyət planı" na əsasən növbəti pedaqoji şura iclası keçirildi. İclası məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Raziyə Faiz qızı Məmmədova açdı. İclasda "Məktəbin illik fəaliyyət planı"na uyğun olaraq gündəlik məsələlər müzakirə edildi. Sentyabr-noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, məktəbdaxili keçirilmiş fənn olimpiadalarının, II-IX siniflər üzrə keçirilən monitorinqlərin nəticələri açıqlandı. Zəif nəticə göstərmiş şagirdlərin səviyyələrə ayrılması və zəif şagirdlərlə işin təşkili müzakirə edildi. Təlim-tərbiyə işləri üzrə direktor müavinin, təşkilatçı və metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi. Sonda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Raziyə Faiz qızı Məmmədova tərəfindən pedaqoji heyətə iradlar bildirildi və tövsiyələr verildi.