888 İntellektual yarışı

   Noyabr ayının 7-də məktəbdə tarix müəllimi Əsgərli Xəyalənin təşkilatçılığı ilə "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş 8-ci sinif şagirləri arasında hər komandada 8 nəfər olmaqla simvolik "888" adlandırılan intellektual yarışma keçirilmişdir. Yarışmada 5 komanda - "Mübarizlər", "Zəfər bizimdir"," Tarixçilər", "Türkçülər", "Dəmir yumruq" mübarizə aparmışlar. Tədbirdə direktor səlahiyyətlərini müvəqqəti icra edən  Raziyə Məmmədova, təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Əliyeva, eyni zamanda məktəbin digər müəllimləri iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Raziyə Məmmədova hamını "Zəfər günü" münasibəti ilə təbrik etmiş, komandalara yarışda uğurlar arzulamışdır. Sonda Aidə Əliyeva da çıxış edərək bu cür intellektual yarışmaların əhəmiyyətindən söz açmış, şagirdlərə zehin açıqlığı arzulamışdır. Yarış boyu ümumilikdə 22 sual səsləndirilmiş və şagirdlərin dünyagörüşü, tarixi bilikləri sınanılmışdır. Şagirdlər suallara böyük maraq göstərmiş, komandalar arasında gərgin rəqabət getmişdir. Sonda "Mübarizlər" komandası ən çox xalı toplayaraq l yerə sahib olmuşlar. Məktəb rəhbərliyi tərəfindən bütün komandalar diplomlarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi