Bir ömrə sığmayan 44 gün
Noyabr ayının 4-də məktəbin dördüncü sinif müəllimlərinin təşkilatçılığı ilə "Bir ömrə sığmayan 44 gün" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aida Əliyeva, tərbiyə üzrə təşkilatçı müavin Yeganə İsmayılova, şəhid anaları, UBTR-i Samirə Həsənova, məktəbin psixoloqu Könül İbrahimova və metodbirləşmə rəhbərləri iştirak etdi. İlk öncə söz şəhid analarına verildi. Daha sonra şagirdlərin ifasında "Şəhidlər hər zaman bizimlə, bizim qəlbimizdə yaşayır " adlı səhnəciklər göstərildi, şeirlər söylənildi. Tədbir şagirdlərin ifasında "Yaşa Azərbaycan" mahnısı ilə sona çatdı.