Zəfər Günün mübarək, Azərbaycan!
Bu gün "8 Noyabr - Zəfər Günü" ilə əlaqədar olaraq 3 A sinif şagirdlərinin iştirakı ilə " Zəfər Günün mübarək Azərbaycan" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş şeirlər söylədi, mahnılar ifa etdilər.
Tədbirdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Raziyə Faiz qızı Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Aida Fikrət qızı Əliyeva və müəllimlər iştirak etdilər. Şagirdlər "8 Noyabr - Zəfər Günü" böyük fəxrlə,qürurla qeyd etdilər. Tədbir " Sənə zəfər yaraşır" mahnısı ilə sona çatdı.