Müstəqilliyimiz əbədidir

Məktəb kitabxanaçısı Nərminə Şöyüb qızı Məmmədovanın təşkilatçılığı ilə oktyabrın 14-də "18 oktyabr - Müstəqilliyin bərpası" günü münasibəti ilə "dəyirmi masa" keçirilmişdir. Toplantıda 9d və 7a sinif şagirdlərinin fəal oxucuları ilə birgə "Müstəqillik uğrunda mübarizədə şair və yazıçılarımızın rolu" mövzusunda söhbət aparılmışdır.
"Dəyirmi masa" da həmin dövr şair və yazıçılarımızın müstəqillik, azadlıq uğrunda apardıqları ədəbi mübarizədən, milli- mənəvi dəyərlərimizdən söz açılmış, şagirdlər tərəfindən bu mövzuda şeirlər səsləndirilmişdir.