1-ci sinif şagirdlərinin məktəbə adaptasiya prosesinə dəstək olmaq
Sentyabr ayının 19-da məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova 1-ci sinif şagirdlərinin məktəbə ilkin adaptasiya prosesinə dəstək olmaq məqsədilə oyun və məşqlər keçirmişdir. Keçirilən oyunlar vasitəsilə şagirdlərdə emosional və iradi sferanın formalaşmasına dəstək olunmuşdur. Bu oyun və məşqlər eyni zamanda şagirdlərdə həyəcan və təşvişin azalmasına müsbət təsir göstərmişdir.