26 Fevral Xocalı –Qan yaddaşımız.
Fevral ayının 23-də məktəbin 3B sinfi “Xocalı faciəsi”nin 30-cu ildönümünə həsr olunmuş “ Şəhid anası “ adlı tədbir keçirildi. Tədbirdə Balaxanı qəsəbəsində yaşayan qazilər, kənd ağsaqqalları, şəhid anaları, müəllimlər və valideynlər iştirak etdi.Xocalı soyqırımında və Vətən müharibəsin-də şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən müharibəsin-də şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru T.N.Şahbazov tarixin ən qəddar və amansız terror hadisəsi hesab edilən Xocalı soyqırımı haqqında danışdı. O qeyd etdi ki, “bu hadisə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Lakin ölkə başçımızın məqsədyönlü siyasəti nəticəsində bir gün torpaqları tam azad olunmuş bir dövlətin nümayəndələriyik. Bu qələbəni bizə yaşadan şəhidlər qarşısında baş əyirik ”.
Daha sonra şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər. Tədbir aparıcıları A.Əli və Ə.Tamamnaz vətənpərvər, xalqının, millətinin rifahını canından çox düşünən şəhidlərin valideynlərinə söz verərək onların qürurverici çıxışını dinlədilər. Məktəbin müəllimi N.Samirə şagirdlərə vətənə layiqli övlad olmaqlarını və vətəni göz bəbəyi kimi qorumalı olduqlarını tövsiyyə etdi. Sonda tədbir iştirakçıları Şəhidlərə həsr olunmuş video çarx izləndi