Sağlamlığımızı qoruyaq
Məktəbin illik fəaliyyət planına əsasən 4-8 Oktyabr tarixində məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova, UBTR-i Samirə Bahadur qızı Həsənova, məktəbin həkimi Rüxsarə Tofiq qızı Quliyeva şagirdlərin zərərli vərdişlərdən-enerji içkilərindən uzaq olması və sağlam həyat yaşamaları üçün maarifləndirmə işləri apardılar. Şagirdlərə sağlam həyat tərzi haqqında ətraflı məlumat verdilər.