"Oxu bacarıqın inkişafı"
May ayının 25-də məktəbdə Təhsil Nazirliyinin xətti ilə 4ç sinfində "İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” layihəsi çərçivəsində layihənin icra məqsədinə uyğun şagirdlərin sərbəst, şüurlu oxusunun nəticəsi olaraq yazılı mətnlər üzərində işləmə, xüsusilə açıq sualları cavablandırma texnikası ilə bağlı əldə etdikləri bacarıq və qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə monitorinq keçirildi. Monitorinqə cəlb olunan 20 şagird qısa bir müddət ərzində «Oxuyub –anlama bacarıqları üzrə qiymətləndirmə vasitəsi”nə uyğun olaraq tapşırıqları yerinə yetirdilər.