"28 May Respublika günü" tariximizin ən şanlı və parlaq səhifələrindəndir
May ayın 26-da “Məktəbin illik fəaliyyət planı"na əsasən məktəbin təşkilatçısı Yeganə Şəfi qızı İsmayılova, psixoloqu Könül Mübariz qızı İbrahimova və UBTR Samirə Bahadur qızı Həsənova “28 May Respublika Günü”nə həsr olunmuş rəsm və onlayn şeir müsabiqəsi keçirtdilər.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərə 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətinin dövrü haqqında məlumat vermək, onları vətənpərvərlik ruhunda tərbiyə etdirməkdən ibarətdir. Müsabiqədə qalib gələn şagirdlər məktəbin direktoru Taleh Nəsirulla oğlu Şahbazov tərəfindən onlayn diplomla təltif olundular.